Biləsuvarda üç mağazadan oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, onlar əvvəllər məkum edilmiş S.Əlizadə və iki yeniyetmədir.

Məlumatda bildirilib ki, oğurluq hadisələri yanvarın 18-dən fevralın 5-dək olan müddətdə qeydə alınıb.

Hadisələr zamanı şübhəli şəxslər mağazalardan pul, tütün məmulatı və ərzaq məhsulları oğurlayıblar.