Milli mahnılarımızın xarici ölkələrin ifaçıları tərəfindən oxunması halı ilə tez-tez qarşılaşırıq. Bu dəfə xalq mahnımız olan “Bu gün ayın üçüdür” beynəlxalq musiqi festivalında səslənib.

Hər il Belçikada təşkil olunan “beynəlxalq kraliça Elizabet” yarışması minlərlə musiqisevərə zövq verir. Yarışmanın tarixi 1937-ci ildən başlanır və kraliça Elzabetin maliyyə dəstəyi ilə təşkil olunub.

Bu yarışda musiqi təhsilini tamamlamış və beynəlxalq dərəcəsi olan musiqiçilər iştirak edir. Opera sənətçilərinin üstünlük təşkil etdiyi yarışda pianino, skripka və digər klassik musiqi alətlərinin ifasına yer verilir.

Minval.info xəbər verir ki, keçən həftə yenisi təşkil olunun “beynəlxalq kraliça Elizabet” yarışmasında kifayət qədər tanınan Yeva Zayçik adlı fransız müğənni öz ifasında “Bu gün ayın üçüdür” xalq mahnımızı səsləndirib.

Həmin görüntüləri sizlərə təqdim edirik.

Minval.info