Atlantik okeanında, ABŞ-ın Mayami ştatının cənubunda yerləşən, gəmi və təyyarə qəzaları ilə daima gündəmdə olan “Bermud üçbucağı” və ya “Şeytan üçbucağı”nın sirri ilə bağlı ingilis elm adamlarının araşdırması yekunlaşıb.

Minval.İnfo Qafqazinfo.az-a istinadən xəbər verir ki, Sauthempton Universitetinin mütəxəssisləri bu yerin sirrinin dalğalardan ibarət olduğunu açıqlayıb.

Belə ki, qəzalara səbəb olaraq həmin bölgədə hündürlüyü 30 metrə qədər çatan ani dalğaların yaranması göstərilib. Həmin dalğalar isə burulğan forması alaraq həmin an oradan keçən gəmi və təyyarələri özünə çəkməyə başlayır.

Məlumat üçün bildirək ki, bu zamana qədər “Bermud üçbucağı”nda 200-ə yaxın qəza baş verib, 8127 nəfər itkin düşüb.

Qeyd edək ki, “Bermud üçbucağı” Atlantik okeanın şimalında Mayami, Bermud adaları və Puerto-Rikonu birləşdirən şərti xətlərin əhatə etdiyi üçbucaq ərazidir. Təqribən 1,2 milyon kvadrat kilometr sahəni tutur.

Bermud üçbucağında baş verən ilk anormal hadisə 1946-ci ildə emerikalı yazıçı Vinsent Qaddisin müəmmalı şəkildə itən ABŞ hərbi donanmasına məxsus 5 ədəd “Flight-19” bombardumançı təyyarələnin itməsi haqqında yazdığı məqalənin dərc edilməsi ilə başlayır.