İtaliyanın Milan şəhərinin hüquq-mühafizə orqanları keçmiş baş nazir Silvio Berluskoninin villasındakı eyş-işrət məclisləri barədə şahidlik edən 34 yaşlı mərakeşli İman Fadilinin qəsdən öldürülməsi üzrə cinayəti araşdırırlar.

Qadın güclü qarın ağrıları ilə bu il yanvarın 29-da xəstəxanaya aparılıb və burada dəhşətli əzabla martın 1-də keçinib.

“La Stampa” qəzetinin yazdığına görə, qadının şübhəli ölümü ilə bağlı aparılan ekspertizanın nəticələri martın 6-da məlum olub. Qəzet tibbi ekspertizanın hesabatına istinad edərək, İman Fadilinin radioaktiv qarışıqlı maddənin təsirindən öldüyünün aşkarlandığını bildirir. Zəhərlənmə bütün daxili orqanların iflasına gətirib çıxarıb.