11-12 iyulda Belçikanın paytaxtı Brüsseldə təşkil ediləcək NATO zirvəsində iştirak edəcək ABŞ prezidenti Donald Tramp əleyhinə aksiya keçirilib.

Minlərlə etirazçı paytaxt Brüsseldə toplaşaraq Tramp əleyhinə şüarlar səsləndiriblər.

Onlar “Trampı dayandırın”, “Kiçik əllərini haqlarımdan uzaq saxla”, “İqlim dəyişikliyi yalan deyil”, “Cəhənnəm çuxurumuzdan uzaq dayan” kimi şüarların yazıldığı plakatlar nümayiş etdiriblər.

Həmçinin, Trampın Yaxın Şərq, Fələstin siyasəti tənqid edilib, dünyadakı sülh prosesinə ziyan vurduğu bildirilib.

Aksiya polislərin geniş nəzarəti altında insidentsiz başa çatıb.