Hindistanda baş verən hadisə dünya mediasının diqqətini cəlb edib.

Minval.İnfo Metbuat.az-a istinadən verdiyi məlumata görə, xanım imicini dəyişərək özünü kişiyə bənzədib. Ardınca, o, sosial şəbəkədə xanımla tanış olaraq, ailə qurub. Hətta onların toy mərasimləri də baş tutub. Öz toy mərasimində digər xanımla tanış olan “bəy” onunla da evlənib.Məqsəd başlıq pulu əldə etmək olub.

Lakin o polisə verdiyi ifadəsində bildirib ki, uşaqlıqdan bəri özünü kişi kimi hiss edir.

Qeyd edək ki, yerli ənənəyə görə, gəlinin ailəsi bəyin ailəsinə müəyyən məbləğ ödəyir.