Son illər dünyada tətilini gəmi səyahəti ilə keçirənlərin sayı ilbəil artır. Dünyanın tanınmış turizm firmaları hər il orta hesabla 2 milyon 500 min insanı gəmi ilə səyahət etdirirlər.

Minval.info saytı xarici KİV-ə istinadən xəbər verir ki, Avropada gəmi səyahətinə üstünlük verənlərin sayı artdıqca həm qiymətlər bahalaşır, həm də şirkətlər turistləri cəlb etmək üçün müxtəlif layihələr gerçəkləşdirirlər.

İtaliyada məşhur olan, çoxlarına röya kimi gələn və şəraitinə görə ən bahalı villalardan geri qalmayan gəmilərdən birindən fotoları təqdim edirik.