Devid və Viktoriya Bekhem Beverli-Hilsdə yerləşən evini satışa çıxarıb. 

Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, cütlük sözügedən evi 2007-ci ildə almışdı. Devid “LA Galaxy” klubu ilə imzaladığı 250 milyonluq müqavilədən aldığı gəlirin bir hissəsini bu villaya ödəmişdi.

Dəbdəbəli ev 33,1 milyon dollara satışa çıxarılıb. 1200 kvadratmetr ərazisi olan ev 6 yataq, 9 vanna otağından və hovuzdan ibarətdir.

Devid və Viktoriya övladları ilə burada 11 il yaşayıblar. Evin ətrafı təhlükəsizlik dəmirləri ilə əhatə edilib. Evi satmalarına səbəb ailənin çox vaxt Londonda yaşamasıdır.