Son günlər ingilis mediasında Devid və Viktoriya Bekhem cütlüyünün ayrılma xəbəri yayılıb.

Axşam.az-ın məlumatına görə, dizayner söz-söhbətə son qoymaq üçün sosial şəbəkədə paylaşım edib.

Ailəsi ilə şəklini yayımlayan Viktoriya bildirib ki, bunlar yalan xəbərlərdir. Şəkildə 44 yaşlı keçmiş müğənni ailəsinin ətrafında dayanıb. Fotoda cütlüyün 15 yaşlı oğlu Romeo, 13 yaşlı Kruz, valideynləri Cek və Toni Adams, 6 yaşlı qızı Harper yer alıblar.

İzləyicilər isə Devidin hazırda Çində futbol sammitində olduğunu yazıblar.