Almaniyanın “Bavariya” klubu liqa təmsilçisi “Rottax-Eqern” klubu ilə yoldaşlıq görüşü keçirib.

 

Offsideplus.az xəbər verir ki, görüş 23: 0 hesabı ilə Almaniya Bundesliqasının hazırkı çempionlarının xeyrinə başa çatıb.

 

Ən çox qolu yarımmüdafiəçi Korentin Tolisso vurub. O, rəqibin qapısından dörd qol keçirib. “Bavariya”dan Levandovski, Müller, Kvasi və Leon het-trik ediblər, yarımmüdafiəçi Renatu dubla imza atıb, Leon Dayaku, Serj Qnabri, Nolleberqer və Sarprit Sinkh hərəyə 1 dəfə fərqləniblər.

 

“Rottax-Eqern” klubunun oyunçusu Lars Ditrix isə avtqolla yadda qalıb.