Xəzərin hüquqi statusu ilə bağlı konvensiyanın iştirakçıları, konvensiya üzvü olmayan tərəflərə aid silahlı qüvvələrin Xəzər dənizinə daxil olmasının yolverilməzliyi prinsipinə riayət etməlidirlər.

Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu haqda sənədin layihəsində qeyd olunur.

Xəzər dənizinin hüquqi statusu ilə bağlı konvensiyanın iştirakçıları Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkəmistandır.

İyunun 22-də Rusiya hökuməti konvensiyanın layihəsini təsdiqləyib. Rusiyanın baş naziri Dmitri Medvedev sənədi imzalayıb.

Sənədin 3-cü maddəsinin 6-cı bəndinə görə, Xəzər dənizində tərəflərin fəaliyyəti “konvensiya üzvü olmayan tərəflərə aid silahlı qüvvələrin Xəzər dənizinə daxil olmasının yolverilməzliyi prinsipi” əsasında gerçəkləşdirilməlidir.