Azərbaycanda mühafizə olunmalı mühüm əhəmiyyətli obyektlərin siyahısına daha ikisi əlavə olunub.

“Ölkə.Az”ın məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun 62-ci km-də Kür çayı üzərində körpü və Respublika Narkoloji Mərkəzi siyahıya əlavə edilib.