Xəbər verdiyimiz kimi, 2017-ci ildən Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri çalışan Novruz İsmayıloğlu Məmmədov baş nazir vəzifəsinə təyin olunub.

Sfera.az-ın hakimiyyət dairələrindən aldığı məlumata görə, baş nazirin iqtisadi məsələlər üzrə yeni muavini Vahid Əhmədov olacaq. Məlumatı dəqiqləşdirmək üçün millət vəkili ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Xatırladaq ki, Vahid Əhmədov Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvüdür.

Minval.İnfo