Çempionlar Liqasının III təsnifat məhələsində “Qarabağ”ın rəqibi olan APOEL baş məşqçisi Paolo Trametsanini istefaya göndərib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İtaliyalı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Kipr mətbuatı isə istefaya səbəb kimi APOEL-in doğma azarkeşləri önündə “Qarabağ”a evdə 1:2 uduzmasını göstərib.

Qeyd edək ki, P.Trametsani 2018-ci ildən APOEL-i çalışdırırdı. Boş qalan posta almaniyalı Tomas Dollun təyin ediləcəyi gözlənilir.