Barselona şəhərinin hovuzlarında qadınlara toples üzməyə rəsmən icazə verilib.

Daily Mail xəbər verir ki, şəhər meriyası bələdiyyə hovuzlarına bu haqda hesabat göndərib.

Xəbərdarlıq olunub ki, qadağalar olan halda cərimə tətbiq oluna bilər – artıq bu diskriminasiya kimi dəyərləndirilir.

Barselona meriyasında bildiriblər ki, yerli qanunlar qadınlara əvvələr də açıq sinə ilə üzməyi qadağan etmirdi. Yeni qanun layihəsinin qəbulu qadınların hüququnu artıracaq və mübahisəli epizodlara son qoyacaq.