“Başakşəhər”ə icarəyə verilən Arda Turanın “Barselona” ilə müqaviləsindəki bir maddə üzə çıxıb.

Minval.İnfo fanat.az-a istinadən xəbər verir ki, həmin maddəyə əsasən Kataloniya klubu mövsümün sonunda türk futbolçunu istədiyi kluba sata bilər. Bunun qarşısını almaq üçün “Başakşəhər”lə imzalanan müqavilədə heç bir maddə yoxdu.

Qeyd edək ki, “Başakşəhər” qış fasiləsində Ardanı 2,5 illik icarəyə götürüb. Türkiyə klubu futbolçuya bu mövsüm üçün 2, qarşıdakı 2 mövsüm üçün isə 4 milyon avro maaş və bonuslar verəcək. “Barselona” gələn mövsüm başqa bir kluba satsa, transfer haqqının 20, sonrakı mövsüm satacağı halda isə 25 faizini “Başakşəhər”ə verəcək.