“Barselona” gürcü futbolçu Georgi Çakvetadzeyə maraq göstərir.

Oxu.Az xəbər verir ki, Kataloniya klubunun nümayəndələri Andorra-Gürcüstan matçında 19 yaşlı yarımmüdafiəçinin oyununu izləyiblər.

G. Çakvetadze bu oyunda qol vurub.

Qeyd edək ki, hazırda G. Çakvetadze Belçikanın “Gent” klubunda çıxış edir. O bu mövsüm 20 oyunda 4 qol vurub.