“Barselona” Paul Poqbanın transferindən hələlik imtina edib.

Fanat.Az İspaniya mediasına istinadən xəbər verir ki, Kataloniya klubu “Mançester Yunayted”in fransız ulduzunu gələn yay heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, Poqba 2016-cı ilin yayında “Yuventus”dan 105 milyon avroya “Mançester Yunayted”ə trasfer olunub. 25 yaşlı yarımmüdafiəçi İngiltərə klubunun heyətində 89 rəsmi oyuna çıxaraq 16 qol vurub və 18 məhsuldar ötürmə edib.