“Zülfiyyə Xanbabayeva ilə bağlı yayılan və bankımızın adı hallanan məlumatlar həqiqəti əks etdirmir”.

“Minval.info” xəbər verir ki, bu sözləri “Bank Of Baku”nun Reklam və İctimaiyyətlə Əlaqələr departamentinin direktoru Gülşən Cumayeva məlumat yayıb.

O bildirib ki, “Bank of Baku”nun Zülfiyyə Xanbabayevanı məhməkəyə verməsi, həmçinin evini əlindən alması ilə bağlı yayılmış xəbər həqiqəti əks etdirmir:

“Xəbərdə qeyd edilən iddialar heç bir əsası olmayan, tamamilə yanlış məlumatdır. Zülfiyyə xanımın bankımızda heç bir kredit öhdəliyi yoxdur.

Yanlış xəbəri tirajlayan media nümayəndələrindən məlumatı təkzib etmələri və bu kimi məlumatları yaymazdan öncə daha diqqətli olmaları, məsul şəxslərlə əlaqə saxlayıb dəqiqləşdirmə aparmaları xahiş olunur”.

Qeyd edək  ki, news24.az saytının yazdığına görə, bir müddət əvvəl “Bank Of Baku” ipoteka krediti müqaviləsinin şərtlərini pozan şəxsləri məhkəməyə verib. Bankın ipoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsi ilə bağlı tələb irəli sürdüyü 10 nəfər arasında Azərbaycanın Xalq artisti Xanbabayeva Zülfiyyə Güloğlan qızı da var. Bankın müraciəti ilə bağlı hazırda Bakı Apelyasiya Məhkəməsində araşdırmalar aparılır və proses davam edir.