Bakı şəhərində nəqliyyat vasitələrinin günü-gündən artması duracaqlar probleminin ortaya çıxmasına səbəb olub. Təşkil olunan parklanma ərazilərinin sərfəli qiymətə təklif edilməməsi bəzi sürücüləri “alternativ” yollara əl atmağa məcbur edir. Bununla yeni “parklama avtoşları” meydana çıxmağa başlayıb. Onlar məkan, yer, digərlərinin narahatlığı haqda əsla düşünmür. Maşını güvənli yerdə olsun, bu, həmin sürücülərə kifayət edir.

Minval.info xəbər verir ki, oxu.az saytı belə sürücülərin “sənət əsərlərinin” fotolarını yayıb.

Fotolardan aydın görünür ki, parkinqlərdə öz məharətlərini nümayiş etdirənlər bütün yol hərəkəti qaydalarına məhəl qoymur, eyni zamanda, digər hərəkət iştirakçılarına maneə törədir.

Səkidə, piyada keçidlərinin üzərində və ya fiziki məhdudiyyətli şəxslərin keçidi üçün nəzərdə tutulmuş yerlərdə parklanma həyata keçirən şəxslər müəyyənləşdirilib.