Bir neçə gündür haqqında qalmaqallı söz-söhbətlər bitməyən özəl tibb müəssisəsində daha bir dəyişiklik olub.

Minval.info xəbər verir ki, “Grand” hospitalın adı “Ege” ilə əvəz edilib. Beləliklə, yeni rəhbərlikdən sonra həkim heyətinin ardınca hospitalın ismi də fərqli olub.

Qeyd edək ki, tibb müəssisəsinin rəhbərliyindəki dəyişiklik xəstəxana daxilində ciddi gərginliyə səbəb olub. Belə ki, Türkiyə vətəndaşı hospitalın başına keçdikdən sonra xəstəxananın məşhur həkimlərini işdən kənarlaşdırılıb. Bu isə problemlərə yol açıb.

Rəhbərlik həkimlərə heç bir xəbərdarlıq etmədən onları hospitalan uzaqlaşdırıb.

Tibb mütəxəssisləri isə bunu narazılıqla qarşılayıb.

Minval.info