Bakının məşhur elektron mağazasında erməni mahnısı…

Minval.İnfo xəbər verir ki, “Maxi.az” elektron mağazasının “28 May” filialında maraqlı hadisə yaşanıb. Belə ki, mağazada erməni mahnısı səsləndirilib. Bu haqda tanınmış teleaparıcı Elçin Əlibəyli məlumat verib.

Onun sözlərinə görə, mağazada ermənilərin “Dle Yaman” mahnısı səsləndirilib: “Maxi.az-ın 28 may küçəsində olan mağazasına daxil oldum və eşitdim bütün mağaza boyu ermənilərin “Dle Yaman” mahnısı səslənir. Şarl Aznavur gəbərəndə də onun şərəfinə bu mahnı çalındı. Yəqin Maxi.az yas tutur ona”.

Qeyd edək ki,  “Dle Yaman” mahnısını məşhurlaşdıran, bu yaxınlarda Bakıda konsert verən erməni əsilli Zara olub.