Bakının mərkəzini su basmasının səbəbi bilinib.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən Oxu.Az-a verilən məlumata görə, ərazidə 500 mm-lik diametrli xətdə qəza baş verib:

“Bununla əlaqədar ərazidə suyun verilməsi dayandırılıb. Hazırda qəza briqadası əraziyə cəlb olunub.

Qəzanın aradan qaldırılması üçün işlər görülür. Baş vermiş qəza aradan qaldırıldıqdan sonra suyun verilməsi təmin olunacaq”.

15:25

Bu gün günorta saatlarında Bakının mərkəzini su basıb.

Hadisə Rəşid Behbudov küçəsində qeydə alınıb.

Bu səbəbdən yolda həm piyadaların, həm də avtomobillərin hərəkətində çətinlik yaranıb.