Bakının Nərimanov rayonunda, Əhməd Rəcəbli prospektində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın hadisə yerində olan müxbiri xəbər verir ki, 99-DM-484 dövlət nömrə nişanlı “Opel Vectra” markalı avtomobilin sürücüsü idarəetməni itirərək, 90-RP-872 dövlət nömrə nişanlı, “Chevrolet Aveo” markalı avtomobillə toqquşub.

Bundan sonra “Opel” yaxınlıqda dayanmış “Mercedes” (90-RU-767), o isə öz növbəsində “Mitsubishi” (10-UO-098) və “Hyundai” (90-SP-935) markalı avtomobillərə çırpılıb.

Hadisə nəticəsində “Opel”, “Mercedes” və “Mitsubishi” markalı avtomobillərə maddi ziyan dəyib.

Qəza yerinə yol-partul xidmətinin əməkdaşları gəlib.

Xəsarət alan yoxdur.