Paytaxtın mərkəzi küçələrindən birində yol çöküb.

Bu barədə Publika.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. Onun sözlərinə görə, çökməyə səbəb həmin küçədə aparılan bina tikintisi olub:

“Hadisə paytaxtın Səməd Vurğun küçəsində baş verib. Həmin yolun kənarında tikinti şirkəti tərəfindən hündürmərtəbəli bina tikilir. Tikinti zamanı zəruri olan istinad layları vurulmadığından yolun kənarındakı səki çöküb. Çöküntünün eni 3 metr, uzunluğu isə 60 metrə bərabərdir. Hadisə nəqliyyatın hərəkətinə maneçilik törətmir. Hazırda əməkdaşlarımız hadisə yerindədir və dəymiş ziyanın məbləği dəqiqləşdirilir. Məbləğ dəqiqləşdirildikdən sonra dəymiş ziyan tikinti şirkəti tərəfindən qarşılanacaq və səkinin bərpasına başlanılacaq”