Sabah paytaxtın bir hissəsində içməli su verilməsində problem yaşanacaq.

“Azərsu” ASC-dən verilən məlumata görə, magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar sabah Səbail və Nəsimi rayonlarının bir hissəsinə (mərkəzi küçələrə) içməli su gün ərzində müəyyən fasilələrlə veriləcək.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.