Bu gün Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 25 m2 olan (10 m2 hissəsi daşdan, qalan hissəsi taxta konstruksiyalardan ibarət) tikilinin (çayxana kimi fəaliyyət göstərir) içərisində propan qaz balonu partlayıb.

Nəticədə tikilinin yanar konstruksiyaları yanıb. Fövqaladə Hallar Nazirliyinin verdiyi rəsmi məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 2 nəfərin (qadın və kişi) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Minval.info hadisə yerində çəkilən videonu təqdim edir: