Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub. ONA-nın məlumatına görə, Milli Gimnastika Arenasındakı yarışın son günündə 5 dəst medal sahibini tapıb.

Kişilər dayaqlı tullanma, dəstəli atda və turnikdə, qadınlar isə sərbəst hərəkətlər və gimnastika tirində qalibləri müəyyənləşdiriblər.

Azərbaycan milli komandası yarışın son günündəki finallarda bir idmançı ilə təmsil olunub. Marina Nekrasova gimnastika tirində qüvvəsini sınayıb. Onun çıxışı 11,366 xalla qiymətləndirilib. Gimnastımız yarışı 7-ci yerdə başa vurub.

Gimnastika tirində Emma Nedov qızıl medala yiyələnib – 14,100 xal. Sərbəst hərəkətlərdə isə ABŞ təmsilçisi Ceyd Keri hamını qabaqlayıb – 14,600 xal.

Kişilərin dayaqlı tullanma yarışında cənubi koreyalı Hakseon Yanq 14,970 xalla çempion adını qazanıb. Yaponiyalı Kohe Kameyama isə paralel qollarda birinci yeri tutub – 15,233. Turnikdə isə hollandiyalı Epke Zonderland fərqləmib – 14,633 xal.

Qeyd edək ki, Azərbaycan milli komandası Dünya Kubokunu bir müdalla başa vurub. Final mərhələsinin ilk günündə Nikita Simonov halqalarda hərəkətinə görə gümüş mükafata layiq görülüb.