“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Xəzər rayonunun Binə qəsəbəsində qatarla avtobusun toqquşma anını əks etdirən yeni görüntülər yayıb.

Qurumdan daxil olan görüntülərdə qatar gəlməmişdən əvvəl şlaqbaumun bağlı olduğu, digər avtomobillərin də gözlədiyi görünür.

“Azərbaycan Dəmir Yolları”nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova videonu dəmir yolunu günahlandırmağa çalışanlara cavab olaraq yaydıqlarını deyib.