Bakıda sərnişin avtobusunun qatarla toqquşması nəticəsində baş verən qəza ilə bağlı cinayət işi başlanıb.

Minval.İnfo-nun məlumatına görə, baş verən hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Nəqliyyat İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi açılıb, istintaq aparılır.

Qeyd edək ki, hadisə nəticəsində bir məktəbli dünyasını dəyişib, 33 nəfər yaralanıb.