Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Minval.info xəbər verir ki, hadisə bu gün səhər saatlarında paytaxtın Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, “Mitsubishi”, “Mercedes” və “Nissan” markalı avtomobillərin iştirakı ilə qəza baş verib.

İlkin məlumata görə, hadisə nəticəsində yüngül xəsarət alanlar var.

Faktla bağlı araşdırma aparılır.