3fe65b50-60f8-46d1-b469-ccc723a69bf1.jpg (40 KB)

Bu gün səhər saatlarında Suraxanı-Zığ yolunda yolu təmizləyən zaman huşunu itirən süpürgəçi qadın danışıb.

İnterpress.az-ın məlumatına görə, bu gün səhər saat 10:30 radələrində Zığ-Suraxanı yolunda süpürgəçi işləyən qadın, haqqında yayılan məlumatlara aydınlıq gətirib.

O bildirib ki, işini davam etdirən zaman başı gicəllənib: “Sağ olsunlar, gəldilər kömək etdilər. Həkimin yanına apardılar, nə lazımdır bütün köməklik göstərildi. Şükür Allaha. Deyirlər ölmüşəm. Ölüb etməmişəm, sağ-salamatam. Allah qoysa, sabah da işimi davam etdirəcəm”.

Qeyd edək ki, bu gün səhər saatlarında Suraxanı-Zığ yolunda yolunda təmizlikçi işləyən qadını gün vurduğu deyilirdi.

***

Bakı küçələrində növbəti dəfə yolu təmizləyən süpürgəçi qadınının həyatını itirdiyi bildirilir.

Minval.info xəbər verir ki, hadisə Zığ-Suraxanı yolunda baş verib.

Bu barədə məlumat verən hadisə şahidi bildirir ki, saat 10:30 radələrində Zığ-Suraxanı yolunda süpürgəçi işləyən 45-50 yaşlı qadının halı qəfil pisləşib.

“Maşınla gedirdim. Gördüm ki, qadın ayaq üstə qala bilmir. Əlində də süpürgə. Birdən yıxıldı. Tez maşını salxayıb köməyə gəldim. Mən bura çatanda artıq qadın yerə yıxılmışdı və ağzından köpük gəlirdi. Nəbzin yoxladım deyəsən keçinmişdi. Çox güman ki gün vurub” –  hadisə şahidi qeyd edib.

Məlumata görə, həmin qadın özünü pis hiss etdiyi üçün müdirindən icazə istəyib, amma ona məhəl qoyulmayıb.

Qeyd edək ki, bir neçə süpürgəçi qadın iş başənba həyatını itirib.