Bakıda tüfeyli həyat tərzi keçirən şəxs ölüb.

Trend-in məlumatına görə, Göyçay rayonunun Çaxırlı kəndində qeydiyyatda olan, 1973-cü il təvəllüdlü, tüfeyli həyat tərzi keçirən Qədirov Rövşən Hasil oğlunun Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi yaxınlığında yolun kənarında halı pisləşib.

O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.