Paytaxtın Həsən Əliyev küçəsinin Mərdanov qardaşları küçəsi ilə kəsişməsində yolun çökən hissəsi bərpa olunub.

Bu barədə Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Qurum rəsmisi bildirib ki, adıçəkilən ərazidə yolun təqribən 1 metr diametrində çökməsi ilə bağlı günorta saatlarında məlumat daxil olub: “Əməkdaşlarımız əraziyə cəlb olunub. İlkin baxış zamanı çökmənin su sızması nəticəsində baş verməsi aydınlaşıb. Aidiyyəti qurum tərəfindən su sızmasının qarşısı alınıb və yolun həmin hissəsi artıq bərpa olunub”.