İyunun 5-də, Novxanıda yerləşən “Aqua Park” əyləncə mərkəzində bədbəxt hadisəsi baş verib.

Sosial şəbəkələrdə yayılan xəbərə görə, Zamiq Nağıyev adlı şəxs hovuzda  çimərkən attraksiondan sürüşən bir nəfərlə (kimliyi məlum deyil) toqquşub. Zərbədən huşunu itirən Z. Nağıyevi hovuzdan çıxartsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı musavat.com müxbiri “Aqua Park” əyləncə mərkəzinin meneceri, Sevinc Əliyeva ilə əlaqə saxlayıb. O, baş verən hadisənin doğruluğunu təsdiqləyib: “Hadisədən təəssüflənirəm. Əraziyə nəzarət edən 6 mühafizə işçimiz və həkimlərimiz hadisə baş verən an orada idilər. Çox çalışdılar, amma xəsarət alanı həyata qaytara bilmədik”.