Bu gün Bakının Nərimanov və Nizami rayonlarında iki nəfər liftdə köməksiz vəziyyət qalıb.

Minval.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək ediblər. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri Bakı şəhərinin Nizami rayonunda da liftdə köməksiz vəziyyətdə qalan 1 nəfərə liftdən çıxmağa kömək ediblər.