Paytaxt avtobuslarının birində növbəti mübahisə dava ilə nəticələnib.

Bizimyol.info-nun verdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında 37 nömrəli marşrut avtobusunda baş verib. Şahidlər bildiriblər ki, avtobusa minən gənc qız öndə olan qadına onu itələməməsini bildirib. Qadın isə “mən səndən qabaqda çıxıram, səni necə itələyə bilərəm?” dedikdən sonra aralarında mübahisə başlayıb. Sonda isə mübahisə böyüyərək davaya çevrilib.

Qeyd edək ki, 37 nömrəli marşrut avtobusu Avtovağzaldan İçərişəhər metro stansiyasına kimi hərəkət edir.