Bakıda avtomobil yanıb.

Minval.info məlumat verir ki, “Report”un xəbərinə görə, hadisə Yasamal Rayon Polis İdarəsinin (RPİ) qarşısında baş verib.

Belə ki, 90 KB … dövlət qeydiyyat nişanlı “Nissan” markalı minik avtomobil alışaraq yanıb.

Yanğının qarşısı polis əməkdaşları tərəfindən alınıb.

Avtomobilin Yasamal RPİ-də çalışan vəzifəli şəxsə məxsus olduğu bildirilir.