Bakıda və ölkənin ayrı ayrı bölgələrində işıqların sönmə səbəbi bilindi.

Minval.info saytının əldə etdiyi məlumata görə, Mingəçevir İES-dən gələn xəttin Yevlax şəhəri və Ağsu rayonu ərazisindən keçən hissəsində zəmilərdə yanğın baş verməsi səbəbindən təhlükəsizlik məqsədilə respublikanın bəzi bölgələrinin elektrik enerjisi ilə təchizatı dayandırılıb.

Təhlükə aradan qalxdıqdan sonra elektrik enerjisinin verilməsi bərpa olunacaq.

Qeyd edək ki, hazırda Nizami rayonunda işıqlar sönüb. Eyni zamanda Günəşli, Zığ, Hövsan qəsəbələrində, “20 Yanvar” ərazisində, Nəriman Nərimanov və Yasamal rayonunun bir hissəsində də elektrik enerjisinin verilməsi dayandırılıb.

Minval.info