Image result for tələbələrAzərbaycanın “Odlar Yurdu” Universitetində xanım tələbələrə təhsil müəssisəsinə gələrkən dikdaban ayaqqabı geyinmək qadağan edilib.

Bu barədə universitetin rektoru Əhməd Vəliyev göstəriş verib.

Məsələ ilə bağlı “Odlar Yurdu” Universitetindən oxu.az-a açıqlama verilib.

“Biz tələbələr qadağa qoymamışıq. Sadəcə, tələbələr hündürdaban ayaqqabı ilə otaqların yanından keçəndə səslər dərs prosesinə mane olur. Bu mənada, tələbələrə, sadəcə, məlumat verilib. Məncə, tələbələr buna etiraz etməməlidir.

Çünki universitetimizdə hər zaman təlim-tərbiyə məsələləri diqqət mərkəzində saxlanılır və heç bir neqativ hal baş vermir. Əgər bununla bağlı tələbələrə məlumat verilibsə, deməli, tələbələrin xeyrinədir”, – deyə universitetin mətbuat katibi Günay İmanova bildirdi.