Bakıda avtobus sürücülürə arasında dava hadisəsi baş verib.

Minval.info xəbər verir ki, 202 və 20 nömrəli marşrut xətti ilə hərəkət edən avtobus sürücüləri arasında mübahisə yaşanıb. Bu hal ənənəvi vəziyyət alsa da, vəziyyət bir az fərqli olub. Belə ki, Atatürk prospektinin Ayna Sultanova heykəlinin yanındakı dayancağından çıxan avtobuslar bir-birinin yolunu kəsib. Bu isə yolda süni tıxacın yaranmasına səbəb olub. İki nəfər ucbatından hamı bu gərginliyi yaşamağa məcbur olub.

Hadisəyə gəlincə, 10-TG-728 nömrə nişanlı 20 saylı avtobus, 90-XX-144 nömrə nişanlı 202 saylı avtobusun qarşısına keçib. Onlardan biri səbrsiz davransaydı, hadisə qəza ilə nəticələnəcəkdi. Yol bağlandığından hər iki avtobus sürücüsü bir-birinə nəqliyyat vasitəsini arxaya verməsini tələb edib. Lakin bir neçə dəqiqə vəziyyət dəyişilməyib və sərnişinlərin narazılığından sonra problem birtəhər həllini tapıb.

Sürücülər mübahisə zamanı qeyri-etik ifadələrə yol veriblər. Hətta 202 nömrəli avtobusu idarə edən şəxs digərinə “bacısı gündə bir “Mercedes”dən düşür” deyib. Bu zaman arxada əyləşən sərnişinlərdən biri sürücünün eşidə bilməyəcəyi tonda “səninki də “BMW”dən…” söyləyib.

Qeyd edək ki, hadisə konkret olaraq səhər saat 11:40 radələrində, Atatürk prospektində üzü “Gənclik” metro stansiyasına gedən istiqamətdə , “Ayna Sultanova körpüsü”nün altında baş verib.

Samir M. / Minval.info