Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Minval.info xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Belə ki, Qaraçuxur qəsəbəsində yolu velosipedlə keçmək istəyən uşağı maşın vurub. Hadisənin təsirindən azyaşlı qorxub, babası isə onu sakitləşdirmək üçün qucaqlayıb.

Bu zaman sürücü maşından düşüb və uşağın uşağın vəziyyəti ilə maraqlanıb. Bir az sonra isə uşağın babası onu təhqir edib və nəticədə sürücü onu yumruqlayıb.

Minval.info