Bakıda sürücü avtomobilin yük yerində uşaqları daşıyıb.

“Report”un məlumatına görə, hadisə Balaxanı-Binəqədi yolunda qeydə alınıb.

Belə ki, 90 KJ 378 dövlət qeydiyyatı nişanlı “Daweoo Damas” markalı avtomobilin yük yerində azyaşlıların daşınması digər nəqliyyat vasitələrinin də hərəkətinə maneələr törədib. Avtomobilin heç bir təhlükəsizlik qaydalarına riayət olunmadan idarə olunması ilə sərnişinlərin həyatı təhlükəyə atılıb.