Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə,  noyabrın 17-də saat 21:00 radələrində Nəsimi rayonunun Cavadxan küçəsində Bakı şəhər sakini Əbdürəhman Ərəbov idarə etdiyi “Daewoo” markalı 170 saylı xətt avtobusunu qarşıdakı işıqforda dayanmış üç avtomobilə vurub.

Hadisə nəticəsində ağır xəsarətlər almış və xəstəxanaya yerləşdirilmiş avtobusun sürücüsü noyabrın 18-də dünyasını dəyişib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.