Bu gün axşam 21:20 radələrində “Nefçilər” metrostansiyasının yaxınlığında yerləşən “Rahat” matketdə oğurluq hadisəsi baş verib.

Musavat.com-un müxbiri təsadüfən hadisənin şahidi olub.

Belə ki, 30-35 yaşlarında bir nəfər kişi piştaxtalara yaxınlaşaraq şokolod, çörək və digər bir neçə ərzaq məhsulunu oğurlayarkən marketin mühafizəçiləri tərəfindən saxlanılıb.

Daha sonra həmin şəxs marketin mühafizə kabinetinə aparılıb.

Bir neçə dəqiqədən sonra oğurluq edən şəxs sifəti qanlar içərisində marketdən qaçmağa cəhd edib.

O, bayıra çıxmağa cəhd göstərsə də, mühafizəçi və başqa bir mülki geyimdə olan şəxs tərəfindən yenidən saxlanılıb. Həmin şəxsin kim olduğu isə, hələlik bəlli deyil.

Maraqlı məqam odur ki, mülki geyimdə olan şəxs oğurluq edənə “qaçsan, səni vuraram” deyə təhdid edirdi.

Musavat.com hadisənin foto və videogörüntülərini təqdim edir:

50cbbb96-4880-413d-adaa-815aaeaa3260.jpg (46 KB)

Oğurluq edən şəxs və onu döyən mühafizəçilər

ed5cf886-a483-42e2-aa0d-6fea10b6e77e.jpg (82 KB)

Oğurluq edən şəxsin döyüldüyü yer