Ötən gün Bakıda sərnişin avtobusunda biabırçılıq baş verib.

Baku.ws-in verdiyi xəbərə görə, “Həzi Aslanov” metrostansiyası yaxınlığında sərnişin avtobusunda dava düşüb. Davaya isə səbəb sərxoş kişinin maşında gənc xanımlara sataşması olub.

Deyilir ki, avtobusa yaşlı kişi minib və o, içkili halda olub. Sərxoş kişi xanımlara söz atıb, nəticədə dava düşüb.

Bundan narahat olan sərnişinlər avtobusdan enib.

Sərxoş kişini maşına mindirdiyinə görə avtobus sürücüsü də tənqid olunub.

Minval.info