Paytaxtın Sabunçu rayonu, Zabrat-Sabunçu yolunda 131 nömrəli marşrut avtobusu “Prado” markalı avtomobillə toqquşub.

Minval.info Milli.Az-a istinadən xəbər verir ki, saat 07:15 radələrində “Koroğlu” istiqamətində hərəkətdə olan sərnişinlə dolu avtobusun qəzaya uğraması nəticəsində xoşbəxtlikdən xəsarət alan olmayıb.

Sərnişinlər dərhal avtobusu tərk ediblər. Yolda tıxac yaranıb.