Bakıda avtobusdan sərnişin yıxılaraq ağır xəsarət alıb.

ONA-nın məlumatına görə, hadisə “199” saylı sərnişin xətti üzrə hərəkət edən avtobusda baş verib.

1962-ci il təvəllüdlü Mədətova Sabitə İmdad qızı avtobusdan enmək istəyərkən sürücü qəfil hərəkətə keçib. Bu zaman S. Mədətova yerə yıxılaraq ağır kəllə beyin travması alıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Fakt Nəsimi Rayon Polis İdarəsi tərəfindən araşdırılır.