Günəşlidə avtobus dərəyə aşıb.

Axşam saatlarında 64 nömrəli marşurut avtobusu təzə benzindoldurma məntəqəsi adlanan ərazidə dərəyə aşıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, avtobusun dərəyə aşmasına səbəb əyləc sisteminin işləməməsi olub.

Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev Yenicag.az-a açıqlamasında xəbəri təstiqləyib.

Mais Ağayevin sözlərinə görə, avtobusda sərnişin olmayıb:

“Avtobusda sərnişin olmayıb. Hadisə zamanı ölən və yaralanan yoxdur”.