“Space” Tv-də yayımlanan “Olar? Olmaz!” verilişində ötən gün maraqlı mövzu tamaşaçılara təqdim edilib.

Minval.info xəbər verir ki, teleaparıcı Amil Xəlil “İkinci Fəxri Xiyaban”dan görüntüləri tamaşaçılara şərh edib. Görüntülərdən də gördüyünüz kimi bəzi şəhidlərin adları oxunmaz haldadır, bəzilərinin isə şəkil lövhələri çıxarılıb.

Məsələni araşdıran teleaparıcı maraqlı faktla qarşılaşıb. Xiyabanın əməkdaşlarına irad tutuan Amil Xəlilə cavab qısa olub: “Həmin şəhidin yaxınları bizə müraciət etməlidir ki biz onları təmir edək”.

Daha sonra Seyid Camal açıqlama verərək “İkinci Fəxri Xiyaban”dan qeydə alınan görüntülərlə bağlı məlumatının olduğunu bildirib: “Şəhidlərin adından mən müraciət edirəm. Bu qədər layqeytlik olmaz!”

Qeyd edək ki, teleməkanda ilk dəfə olaraq bu mözuya “Olar? Olmaz!” toxunub…

Minval.info